Mədəniyyət

“Qarabağ ilmələrdə” filminin təqdimatı olacaq

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ İlmələrdə” adlı sosial layihə çərçivəsində hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub. Sonuncu ilmələri Zəfər günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunur.

Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar xalçaya ilmə ataraq, Vətən müharibəsində qazanılan qələbənin yaşatdığı hissləri dilə gətiriblər.

Azərbaycan xalqının birliyini, həmrəyliyini bir daha nümayiş etdirən “Qarabağ İlmələrdə” filmi izlənildikdən sonra 44 gün ərzində toxunan Qarabağ “Çələbi” xalçasının kəsim mərasimi olacaq.

 

Ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissor Emil Babayev,rejissor Bəhruz Qədirov, quruluşçu operator Böyükağa Nağıyev olan “Qarabağ İlmələrdə” filminin təqdimatı və xalçanın kəsim mərasimi 28 dekabr saat 15:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button