İdman

“Qarabağ” böyük ənənəyə malik klubdur”

“Azərbaycana getmək asan məsələ deyil. Yüksək temperatur və səfər amili var”.
Apasport.az saytının məlumatına görə, bunu Şotlandiya “Aberdin”inin baş məşqçisi Stiven Qlass deyib.
O, Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la görüşləri ərəfəsində təmsilçimizi dəyərləndirib: “Qarabağ” böyük ənənəyə malik klubdur. Amma Çempionlar Liqasına düşə bilmədiyi üçün futbolçularını və ya kluba yatırılan maliyyəni itirdiyini bilmirəm. Həm biz, həm onlar növbəti mərhələyə addım atmaq istəyirik. Biz buna tam hazırıq. Səfərdən sonra bərpa üçün çox vaxtımız olacaq. Amma rəqib də cavab görüşü üçün Şotlandiyaya gəlməlidir. Düşünürəm ki, futbolçularımız hansı şansı əldə etdiyimizi dərk edirlər. Onlar başa düşməlidir ki, cavab matçını evdə keçirmək kimi üstünlüyümüz var. Əgər ilk görüşdə sərfəli nəticə əldə etsək, çox yaxşı, amma keçilməsi mümkün rəqiblə dueldə qrupa düşməyə yaxşı şansımız olacaq”. 
Qeyd edək ki, “Qarabağ”la “Aberdin” arasında oyunlar avqustun 19-da və 26-da keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button