İdman

“Qarabağ” – “Bazel” oyununun hakimləri açıqlanıb

Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” oyununun hakimləri müəyyənləşib.Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı qarşılaşmanı Belçikadan olan hakimlər briqadasına həvalə edib.Matçın ədalət təmsilçisi Erik Lambrexts olacaq. Ona Rien Vanizere və Co de Veyrdt kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını Vim Smet icra edəcək. Referilərin işinə hakim inspektor Con Uord (İrlandiya) qiymət verəcək. UEFA nümayəndəsi vəzifəsini isə belaruslu Sergey İlyiç yerinə yetirəcək.Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” görüşü 20:45-də başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button