İdman

“Qarabağ” azarkeşlərinə müraciət edib

Fransada “Marsel” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq.

Qarşılaşmanı tribunadan izləmək istəyən fanatlar biletləri 17:00-dan 20:30-dək görüşün oynanılacağı “Velodrom” arenasında ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq.

Bildirilib ki, stadiona avtomobillə gələcək tamaşaçılar P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer).

Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button