İdman

“Qarabağ” Avropanın məğlubedilməz 29 klubu sırasında yer alıb

Avropada 2021/22 mövsümündə ölkə çempionatını məğlubiyyətsiz davam etdirən yüksək liqa klublarının adları müəyyənləşib.
Apasport.az saytının araşdırmasına görə, daxili birincilikdə 5 və daha çox oyun keçirib, uduzmayan komanda sayı 29-dur.
Ölkəsinin məğlubedilməzləri sırasında Azərbaycan klubu “Qarabağ” da yer alır. Premyer Liqamızın geridə qalan 7 turunda yenilməz olan ağdamlılar yalnız 2 görüşdə heç-heçə ilə kifayətlənməli olub.
Avropanın bəzi ölkələrində mövsüm artıq yekunlaşmaq üzrədir. Onlardan isə yalnız birində – Farer adalarında lider komandanın kürəyini yerə vuran tapılmayıb. “Klaksvik” keçirdiyi 24 matçın 22-də qalib gəlib, 2-də rəqibləri ilə “sülh” bağlayıb.
2021/22 mövsümündə ölkə çempionatlarının məğlubedilməz komandaları:“Klaksvik” (Farer adaları) – 24 oyun, 22 qələbə, 2 heç-heçə“Partizan” (Serbiya) – 12 oyun, 11 qələbə, 1 heç-heçə“Zalsburq” (Avstriya) – 11 oyun, 10 qələbə, 1 heç-heçə“Srvena Zvezda” (Serbiya) – 11 oyun, 9 qələbə, 2 heç-heçə“Dinamo” (Kiyev, Ukrayna) – 11 oyun, 9 qələbə, 2 heç-heçə“Sutyeska” (Monteneqro) – 11 oyun, 9 qələbə, 2 heç-heçə“Bazel” (İsveçrə) – 10 oyun, 6 qələbə, 4 heç-heçəTNS (Uels) – 9 oyun, 8 qələbə, 1 heç-heçə“Ararat” (Ermənistan) – 9 oyun, 8 qələbə, 1 heç-heçə“Trabzonspor” (Türkiyə) – 9 oyun, 6 qələbə, 3 heç-heçə“Harts” (Şotlandiya) – 9 oyun, 5 qələbə, 4 heç-heçə“Ballkani” (Kosovo) – 9 oyun, 4 qələbə, 5 heç-heçə“Napoli” (İtaliya) – 8 oyun, 8 qələbə“Milan” (İtaliya) – 8 oyun, 7 qələbə, 1 heç-heçəMOİK (Sofiya, Bolqarıstan) – 8 oyun, 7 qələbə, 1 heç-heçə“Porto” (Portuqaliya) – 8 oyun, 6 qələbə, 2 heç-heçə“Sportinq” (Portuqaliya) – 8 oyun, 6 qələbə, 2 heç-heçə“Kliftonvill” (Şimali İrlandiya) – 8 oyun, 6 qələbə, 2 heç-heçə“Liverpul” (İngiltərə) – 8 oyun, 5 qələbə, 3 heç-heçə“Frayburq” (Almaniya) – 8 oyun, 4 qələbə, 4 heç-heçə“Qarabağ” (Azərbaycan) – 7 oyun, 5 qələbə, 2 heç-heçə“Hibernians” (Malta) – 6 oyun, 5 qələbə, 1 heç-heçə“Birkirkara” (Malta) – 6 oyun, 4 qələbə, 2 heç-heçə“Olimpiakos” (Yunanıstan) – 6 oyun, 4 qələbə, 2 heç-heçə“Hapoel” (Beer-Şeva, İsrail) – 6 oyun, 4 qələbə, 2 heç-heçə“Hapoel” (Hadera, İsrail) – 6 oyun, 3 qələbə, 3 heç-heçəAEK (Kipr) – 6 oyun, 4 qələbə, 2 heç-heçə“Tirana” (Albaniya) – 5 oyun, 3 qələbə, 2 heç-heçə“Vlajniya” (Albaniya) – 5 oyun, 2 qələbə, 3 heç-heçə
Qeyd edək ki, Cəbəllütariq, Andorra, San Marino kimi ölkələrin çempionatında məğlubedilməz komandalar olsa da, adıçəkilən ölkələrdə mövsüm yeni başlayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button