İdman

“Qarabağ” avrokuboklara vəsiqəni təmin edib

“Qarabağ” avrokuboklara vəsiqəni təmin edib.

“Report”un məlumatına görə, “köhlən atlar” buna Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”a qalib gəlməklə nail olub.

Səfər matçında 3:0 hesablı qələbə qazanan Ağdam klubu xallarını 52-yə çatdırıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 6 tur qalmış 4-cü pillədəki “Sabah”ı 20 xal qabaqlayır. Komanda bu nəticə ilə ardıcıl 10-cu mövsümdə avrokuboklarda iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk “dördlüy”ündə yer alan komandalar – “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ” vəsiqə qazanıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button