İdman

“Qarabağ” ardıcıl 9-cu dəfə avrokubokların pley-offuna yüksəlib

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Kiprdə heç-heçə oynadığı (1:1) AEL-i sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyi matçın sonlarında həll olunub.
Hakimin final fitinə 3 dəqiqə qalmış fərqlənən yeni transfer Kadi Borqes “Qarabağ”a çətin qələbə qazandırıb. Bu, ağdamlıları ardıcıl 9-cu dəfə avrokubokların pley-offuna daşıyıb.
Qeyd edək ki, pley-off mərhələsinə gələn həftə start veriləcək. “Qarabağ” “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə görüşəcək. Avqustun 19-dakı matç Bakıda, ayın 26-dakı görüş səfərdə keçiriləcək.
 Konfrans LiqasıIII təsnifat mərhələsi, cavab oyunu12 avqust20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) – 1:0Qol: Kadi Borqes, 87Baş hakim: Kristo Tohver (Estoniya)“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev Baş məşqçi: Qurban Qurbanov 
AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 44. Kire Ristevski, 27. Robert Mazan, 13. Bruno Santos, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Skepoviç, 16. Manuel Torres, 17. Euller Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panaqiotis Kiriakou, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brayan Pele, 77. Matko Babiç Baş məşqçi: Duşan KerkezBakı. Tofiq Bəhramov adına Respublika stadionuİlk oyun – 1:1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button