Cəmiyyət

Qanunsuz yolla əldə edilən meşə materialı aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı 42-BS-592 dövlət nömrə nişanlı “Qazel” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, avtomobilin yük yerinə keçirilən baxış zamanı 4,75 m3 həcmində meşə materialı aşkar edilib.
Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materialının Lənkəran rayon sakini Rüfət Səfərov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1276 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button