İdman

“Qalatasaray” “Tottenhem”in futbolçusunu icarəyə götürüb

Avropa Liqasında çıxış edən “Qalatasaray” heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu müdafiənin cinahlarından sonra mərkəzinə də transfer edib.
“Cim-bom” “Tottenhem”in üzvü Jafet Tanqanqanı heyətinə qatıb. 22 yaşlı ingiltərəli oyunçu birillik icarəyə götürülüb. “Sarı-qırmızılılar” tezliklə bu keçidi açıqlayacaq. “Tottenhem”in yetirməsi olan Tanqanqa İngiltərənin bütün aşağı yaş qrupu yığmalarında oynayıb.
Qeyd edək ki, “Qalatasaray” bir neçə gün əvvəl Saşa Boeyi “Renn”dən, Patrik van Aanholtu “Kristal Pelas”dan, Aleksandru Çiçaldaunu isə “Universitatya Krayova”dan transfer edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button