İdman

“Qalatasaray” səfərdə “Lokomotiv”ə qalib gəlib

Türkiyənin Avropa Liqasındakı daha bir təmsilçisi “Qalatasaray” növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “cim-bom” III tur çərçivəsində Moskvada “Lokomotiv”lə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Sona yaxın hesabı açan istanbullular səfər qələbəsinə sevinib. Fatih Terimin yetirmələri 3 turdan sonra 7 xalla qrup liderliyini bir qədər də möhkəmlədib.
Qeyd edək ki, Türkiyənin turnirdəki digər təmsilçisi “Fənərbaxça” bu gün Belçika klubu “Antverpen”lə heç-heçə (2:2) edib.
Avropa LiqasıE qrupu, III tur“Lokomotiv” – “Qalatasaray” – 0:1Kerem Aktürkoğlu, 82

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button