İdman

“Qalatasaray” braziliyalı futbolçu ilə anlaşıb

“Qalatasaray” transfer dönəminin son günlərində daha bir oyunçunu heyətinə qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu “Famalikao”nun yarımmüdafiəçisi Qustavo Assunçao ilə anlaşıb.
21 yaşlı braziliyalı orta sahə oyunçusunun həm özü, həm də Portuqaliya klubu ilə hərtərəfli razılıq əldə olunub. Assunçao bu gün İstanbula gələcək. Futbolçu tibbi müayinənin ardından yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. O, “Qalatasaray”da 1 il icarə əsasında oynayacaq. Türklər növbəti ildə futbolçunun transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Qustavo Assunçao 2019-cu ildən “Famalikao”da çıxış edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button