İdman

“Qalatasaray” avrokuboklarda rekord vurub

Avropa Liqasının qrup mərhələsinin III turunda Moskva “Lokomotiv”ini səfərdə məğlub edən “Qalatasaray” şəxsi rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi görüşdə qol buraxmamaqla buna nail olub.
“Cim-bom” təsnifat mərhələsi istisna olmaqla ardıcıl 3 görüşdə qol buraxmamaqla avrokuboklarda yeni rekord qırıb. “Sarı-qırmızılılar” 1993-cü ildə də ardıcıl 3 matçda qapısında top görməmişdi. Lakin həmin vaxt seriyanın ilk oyunu təsnifat mərhələsinə təsadüf edib. Avropa Liqasında üç turdan sonra qol buraxmayan iki komanda var ki, onlardan biri də “Vest Hem”dir.
Bundan başqa, Fatih Terimin yetirmələri Avropa arenasında məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırıb. İstanbulluların rekordu 2009-cu ildəki 11 matçlıq seriyadır.
Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan “Qalatasaray” 7 xalla turnir cədvəlinə başçılıq edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button