İdman

“Qalatasaray” 7 oyundan sonra qələbə qazandı

“Qalatasaray” Türkiyə Superliqasında 19-cu tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, İstanbul klubu “Antalyaspor”u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda ölkə çempionatında 7 matçdan sonra ilk qalibiyyətini əldə edib.

“Qalatasaray” – “Antalyaspor” – 2:0

Qollar: Fequli, 45+1, Aktürkoğlu, 52

Bu qələbə ilə xalını 27-yə yüksəldən “Cim-Bom” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Siyahıya 45 xalla “Trabzonspor” başçılıq edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button