Gündəmİqtisadiyyat

Qadir İbrahimli: “Seçki qaydalarına görə heç bir qanun pozuntusuna rast gəlinmədi”

İqtisadiyyat Nazirliyi yanında İctimai şurada boş qalan 7 yer üçün bu gün seçkilər keçirilib. Seçkilərdə 9 namizəd iştirak edib.  Səsvermənin nəticələrinə əsasən, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri – Azadov Elnur, Babayeva Səkinə, İsayev Fərid, Kərimov Nuran, Qaraşov Fərhad, Nuriyev Zakir və Vəliyev İlqar İctimai şuraya üzv seçiliblər.

İclasda iştirak edən iqtisadçı, Güzəran Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli İstiqlal.az saytına keçirilən tədbirdə baş verən proseslərlə bağlı açıqlama verib. Onun sözlərinə görə tədbir olduqca şəffaf keçib: “Seçki qaydalarına görə heç bir qanun pozuntusuna rast gəlinmədi. Tədbir seçki iştirakçılarının razılığı əsasında sonlanıb “. Q.İbrahimli əlavə edib ki, digər qurumlarda da təşkil olunan seçkilər bu normalara əsasən təmin olunmalıdır.

 

Qeyd edək ki, başa çatmış seçkilərin nəticələrinə əsasən, İqtisadiyyat Nazirliyi yanında İctimai şura aşağıdakı tərkibdə formalaşıb:

Ağayev Rövşən (“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi)

Azadov Elnur “Rieltorlar assosiasiyası” İctimai Birliyi

Babayeva Səkinə (“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi)

Həsənov Rəşad (“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi)

Muradov Ədalət (ADİU Həmkarlar İttifaqı)

İsayev Fərid (“Alman-Azərbaycan Xarici Ticarət Palatası” hüquqi şəxslərin ittifaqı)

Kərimov Nuran (“Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi)

Qaraşov Fərhad (“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi)

Nuriyev Əliməmməd (“Şəffaflıq – Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi)

Nuriyev Zakir (Azərbaycan Banklar Assosiasiyası)

Vəliyev İlqar (Vətəndaşların təşəbbüs qrupu)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button