Dünya

Qətərdə ilk dəfə qanunverici orqana seçkilər keçirilib

Qətər tarixində ilk dəfə qanunverici orqan olan Məclis Şurasına seçkilər keçirilib.
“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bunu seçkinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında nəzarət komitəsinin rəhbəri Məcid əl-Huleyfi bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 63,5% təşkil edib: “233 namizəd 30 yer uğrunda mübarizə aparıb, 26 qadın namizədin heç biri seçilməyib”.
Qeyd edək ki, ümumilikdə Məclis Şurasında cəmi 45 yer var. Deputatların 30-u seçkilər vasitəsilə təmsil olunacaq, qalan 15 üzv isə Qətər Əmiri Şeyx Tamam bin Həməd Əl-Tani tərəfindən təyin ediləcək.
1972-ci ildə təsis edilmiş bu qurum indiyədək dövlət başçısının təyinatı əsasında formalaşırdı. Qətər Əmirinin fərmanı ilə artıq üzvlərin üçdəikisi seçki yolu ilə təmsil olunacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button