Dünya

Qətər və Türkiyə Kabildəki məktəbə hücumu pisləyib

 

Türkiyə və Qətər Xarici İşlər Nazirlikləri mətbuata açıqlamalarında oğlanlar üçün Əbdül Rəhim Şəhid liseyi və Kabildəki Mümtaz məktəbində törədilən hücumları pisləyib və hücumların ölkədə insan haqlarına mənfi təsir edəcəyini bildirib.

Khama Press xəbər verir ki, hər iki ölkənin bəyantında mülki şəxslərə qarşı, xüsusən də təhsil institutlarını, müəllimləri və tələbələri hədəf alan zorakılıq rədd edilir. Bu cür hücumların Kabildə iqtisadiyyata, inkişafa və insan haqlarının vəziyyətinə də təsir edəcəyi vurğulanır.

Aprelin 19-da Kabil, 18-ci Polis Bölgəsində orta məktəb və təhsil mərkəzində 3 partlayışın şahidi olub, nəticədə 6 uşaq ölüb, 24 nəfər yaralanıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button