Mədəniyyət

“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək

Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən 8 Noyabr-Zəfər Günü xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən Müharibəsində qazanılan qələbənin əbədiləşdirilməsi məqsədilə hər il təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulur. Azərbaycan rəssamları da bu böyük qələbədən ilham alaraq, mövzuya həsr olunmuş dəyərli sənət əsərlərini yaratmaqdadırlar.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabr ayının 5-də saat 16:00-da Vətən Müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı sərgi təşkil olunacaqdır.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə həyata keçirilir.
Sərginin ekspozisiyasında Azərbaycan rəssamlarının əsərləri ilə yanaşı, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərlər də yer alacaqdır.
Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.
Sərgi 2021-ci il noyabr ayının 5-də saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək və noyabr ayını 12-dək davam edəcəkdir.
Sərgi salonu hər gün saat 11:00-dan 18:00-dək tamaşaçıların üzünə açıq olacaqdır.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Sərginin keçiriləcəyinə dair əvvəlcədən verilmiş elana uyğun olaraq 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunmuşdur. Sərginin təşkilatçıları və Xalq rəssamı, professor Ağaəli İbrahimov, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADRA-nın dosenti Samir Sadıqov, ADRA-nın dosenti, rəssam Sübhan Məmmədov və “Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayevin münsifliyi ilə
40 müəllifin 46 əsəri sərgidə nümayiş olunmaq üçün seçilmişdir. Həmin əsərlərin siyahısı ilə aşağıda tanış olmaq mümkündür.
Müəlliflərdən xahiş olunur seçilmiş əsərlərini 2021-ci il oktyabr ayının 30-dək “Xətai” Sənət Mərkəzinə təqdim etsinlər.
1. Emin Seyidov “Suqovuşan”
2. Kərimov Nadir “Zəfər meydanı”
3. Nigar Məmmədova “Ağdam Cümə məscidi”
4. Xədicə Babayeva “Rəşadətli Azərbaycan əsgəri”
5. Elnarə Xanlarova “Nostalji”
6. Vüsalə Mirzəyeva “Mənə dəysin, Vətənimə dəyməsin!”
7. Zümrüd Şamıyeva “Butabülbül”
8. Tofiqə Əliyeva “Şəhid Baş Leytenant Neymətov Ceyhun”
9. Tofiqə Əliyeva “Şəhid Mayor Elsevər Paşayev”
10. Təhmasib Məcidov “Şəhidlərin şahidləri”
11. Fidan İlham “Xarıbülbül”
12. Orxan Balayev “Qələbənin rəngi”
13. Səmədağa Cəfərov “Daşlar da danışa bilir”
14. Səmədağa Cəfərov “Durnalar, ay durnalar!
15. Səmədağa Cəfərov “Dəmir yumruq”
16. Elçin Hüseyn “Cıdır düzü”
17. Nailə Əhmədova “Qələbə bizimdir! ”
18. Cavid Həsənli “Zəfər ulduzunun doğuluşu”

19. Ülviyyə Kamalzadə “Birlik”
20. Telman Abbasov “Xocalı harayı”
21. Telman Abbasov “Vətənə qayıdış”
22. Jalə Əliyeva “Şuşa minarələri
23. Məlahət Mələk “Xarıbülbüllər”
24. Süleyman Hüseynov “Ağdamdan Qarabağın görünüşü”
25. Xasay Mirzəyev “Müharibədən sonra səssizlik”
26. Şəhla Qəhrəmanlı “Şuşa. Qarabağ Azərbaycandır!”
27. Hafiz Kərimov “Cıdır düzündə bahar”
28. Zaur Mirzəyev “Natəvan bulağı”
29. Zaur Mirzəyev “Cıdır düzü”
30. Sabir Məmmədov “Şuşa”
31. Röyalə Abdullayeva “Laçında” (qazi İdrisli Pərvin)
32. Fəxrəddin Qəhrəmanlı “Paraşütçülər”
33. Zahid Əvəzov “Qarabağda bahar”
34. İntiqam Ağayev “2016-cı il 4 Aprel döyüşü”
35. Sənan Abusəmədzadə “Natürmort”
36. Sənan Abusəmədzadə “Dumanlı cıdır”
37. Günel Quliyeva “Kəlbəcər xarabalıqları”
38. Firuzə İmanova “Dirəniş”
39. Fuad Qafarov “Şahə qalxan at”
40. Leyla Altunay “Şuşa fatehi”
41. Hacıyev Firdovsi “Yumruq”
42. Sübhan Məmmədov “Şuşa mənzərəsi”
43. Cəlal Ağayev “Qarabağ mənzərələri” silsiləsindən
44. Raul Hüseynov “Kəlbəcər”
45. Yusif Mirzə “Laçın rəsmləri” silsiləsindən
46. Eldəniz Babayev “Yurd həsrəti”

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button