Mədəniyyət

“Qədim Ocağın İşığında – Qarabağ Xatirələri” adlı müsabiqə elan edilib

“Space” TV “Qədim Ocağın İşığında – Qarabağ Xatirələri” adlı müsabiqə elan edib.

Məqsəd Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərin daha geniş auditoriyaya ötürülməsi üçün yaşanan xatirələrin qələmə alınmasıdır.

Müsabiqəyə yalnız 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən xatirə nümunələri qəbul olunur.

Qaliblərin mükafatlandırılması dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına yürüş sonrası təşkil olunacaq böyük ədəbi-musiqili proqram çərçivəsində baş tutacaq.

Müsabiqənin şərtləri

• Müsabiqəyə 5(beş) A4 səhifəsindən çox olmayan xatirə nümunələri qəbul olunur. Xatirələrin minimum səhifə sayı məhdudiyyəti yoxdur.

• Mətn üçün tələblər: “Arial” 12 şrift, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

• Hər bir müəllif müsabiqəyə yalnız bir mətn təqdim edə bilər.

• Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

• Müsabiqədə çap olunmamış yeni xatirələrə üstünlük verilir. Müsabiqəyə daha əvvəllər çap olunmuş, lakin heç bir mükafat qazanmamış xatirə nümunələri də göndərilə bilər.

• Müəllif özü haqqında qısa məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-mail), qeyd etməlidir.

• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

• Müəllif başqa birinin xatirəsini qələm alırsa, həmin şəxsin kimliyini mətnin girişində qeyd etməlidir.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 5 nəfər qalib seçiləcək. Hər 5 müəllifə 1000 (min) manat pul mükafatı veriləcək. Münsifərin bəyəndiyi xatirələr kitab şəklində nəşr olunacaq və “Space” televiziyasında müəlliflərlə silsilə verlişlər çəkiləcək.

Müsabiqəyə əsər göndərmək müddəti 44 gün olaraq müəyyən edilib. Əsərlərin qəbulu 4 iyun 2022-ci il tarixində sona çatacaq.

Müsabiqənin nəticələri 15 iyun tarixində elan olunacaq. Şərtlərə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

İştirakçılar əsərlərini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button