Cəmiyyət

Qəbələdə canavar kəndə hücum edib

Qəbələ rayonunda canavar kəndə hücum edərək 52 baş qoyunu parçalayıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Yengicə kəndində baş verib.
Belə ki, kənd sakini Vaqif Səmədovun təsərrüfatına hücum edən canavar 100 baş qoyundan 52-ni parçalayıb, bir qisminə isə xəsarət yetirib.
Təsərrüfata ərazi baxımından yaxın olan baytarlıq xidməti tərəfindən baxış keçirilib, tələf olmuş heyvanlar dərmanlanaraq basdırılıb.
Qeyd edək ki, təsərrüfat sahibi Vaqif Səmədova 10 000 manata yaxın ziyan dəyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button