İdman

“Qəbələ” iki nigeriyalı futbolçunu heyətinə qatıb

“Qəbələ” heyətinə daha 2 futbolçu cəlb edib.Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Nigeriyadan yeni oyunçular gətirib.Bunlar Çiçin Akande və Munaçi Okvaradır. Yarımmüdafiə xəttində çıxış edən adıçəkilən oyunçulardan Akandenin 18, Okvaranın isə 20 yaşı var. Hər iki futbolçu “Qəbələ”nin əvəzedici heyətinin I divizion üçün iştirak ərizəsinə salınıb. Ancaq onlar istənilən vaxt əsas əsas komandanın heyətində Premyer Liqada iştirak edə bilər.Qeyd edək ki, I divizionda 2021/22 mövsümünə sabah start veriləcək. İlk gündə “Qəbələ” “Kəpəz”lə səfərdə qarşılaşacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button