Siyasət
Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“RİA Novosti xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti həmçinin Türkiyə Ermənistan münasibətlərini müzakirə edib.
Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan baş nazirinin apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri müzakirə edilib.