Dünya
Putin və Merkel Polşa-Belarus sərhədindəki vəziyyətdən narahatdır

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti Aİ-yə üzv dövlətlərin Minsklə birbaşa təmaslarında yaranan problemlərin müzakirəsini təşkil etməyi təklif edib.
Rusiya və Almaniya liderləri mövzu ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılaşıblar.