Siyasət

Putin və Əliyev Soçidə görüşdü

Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Prezidentlər ikitərəfli ticarət-iqtisadi əlaqələrdə müsbət dinamikanın müşahidə olunduğunu qeyd ediblər.

“Bizim şəxsi təmaslarımızda pauza yaransa da ölkələrimiz arasında münasibətlər inkişaf etməkdə davam edib və indi də uğurla inkişaf edir. Ticarət-iqtisadi əlaqələr möhkəmlənir, mal dövriyyəsi ötən il 2.5 milyard dollara çatıb”,-Putin deyib.

Rusiya prezidenti əlavə edib ki, ölkələrin bu istiqamətdə indən belə də yaxşı perspektivləri var. Habelə Putin digər istiqamətlərdə işlərin necə getdiyi barədə informasiya mübadiləsini zəruri sayıb.

Cavabında İlham Əliyev Rusiya dövlət başçısına görüşmək imkanına görə təşəkkür edib və Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

“Siz qeyd etdiyiniz kimi, hansısa vaxtdır ki, görüşmürük, daha dəqiqi, dörd aydır. Bu, bizim ötən illərdəki təmaslarımızın intensivliyini nəzərə alanda kifayət qədər böyük müddətdir”,-İlham Əliyev ötən il Rusiya lideri ilə dörd dəfə görüşdüklərini xatırladaraq deyib.

Azərbaycan prezidenti iqtisadi sferada müsbət dinamikanı da qeyd edib. “Mal dövriyyəsi ötən il də artıb, bu il də artır. Avqusta qədər olan dövrdə artım 20 faizdən çox olub”,-Əliyev əlavə edib.

“Rusiya bizim üçün mühüm tərəfdaşdır, dostdur, xeyirxah qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk. Əminəm ki, bu günkü diskussiya əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı töhfə olacaq”,-Azərbaycan prezidenti vurğulayıb.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button