Dünya

Putin: “Qərb dərhal Rusiyaya təhlükəsizlik zəmanəti verməlidir”

NATO ölkələri dərhal Rusiyaya təhlükəsizlik zəmanətini verməlidir, əksinə yox. Bu barədə cümə axşamı Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib.

“Sky News” jurnalistinin Moskvanın Ukraynaya və ya hər hansı digər suveren dövlətə təcavüz etməməklə bağlı hansı təminat verə biləcəyi sualını cavablandıran Rusiya lideri qeyd edib ki, digər dövlətlərə təhlükə yaradan Rusiya tərəfi deyil. “Bəlkə biz ABŞ, yoxsa Böyük Britaniyanın sərhədlərinə gəlmişik? Onlar gəliblər. İndi də deyirlər: “Yox, Ukrayna NATO-ya daxil olacaq”. Bu o deməkdir ki, orada da sistemlər olacaq”, – deyə o əlavə edib.

“Siz məndən bir növ təminat tələb edirsiniz. Siz bizə təminat verməlisiniz”, – Putin bildirib.

Putinin sözlərinə görə, bununla bağlı Rusiya tərəfi “açıq və aydın şəkildə NATO-nun şərqə sonrakı genişlənməsinin qəbuledilməz olduğunu” açıqlayıb: “Biz raketləri ABŞ sərhədləri yaxınlığında yerləşdiririk? Yox. Məhz ABŞ öz raketləri ilə evimizə gəlib, onlar bizim evimizin astanasındadırlar”, – Putin davam edib. “Bu, həddindən artıq böyük tələbdirmi – evimizə sistemləri qoymamaq? Burada qeyri-adi nə var?”.

Prezident həmçinin Rusiya öz raketlərini Meksika və ya Kanadanın ABŞ-la sərhədində yerləşdirsə, amerikalıların necə reaksiya verəcəyi ilə maraqlanıb. “Meksika və ABŞ-ın heç vaxt ərazi problemləri olmayıbmı? Kaliforniyanın sahibi kim idi? Texası unutmusunuz, yoxsa nə? Heç kim bu gün onları Krımı xatırladığı kimi xatırlamır. Amma biz həm də Ukraynanın necə formalaşdığını, onu kimin yaratdığını – Vladimir İliç Lenin Sovet İttifaqını yaradanda xatırlamamağa çalışırıq” – Putin əlavə edib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button