Dünya

Putin: “NATO Rusiyanı aldadıb” |

“NATO ölkələrinin rəhbərləri alyansın hərbi infrastrukturunu şərqə doğru genişlənməyəcəyinə söz verərək Rusiyanı aldatdılar”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib.
“Baxın, 1980-ci illərin sonları – 1990-cı illərin başlanğıcında – Almaniyanın birləşməsindən sonra nə baş verirdi – hər tərəfdən deyilirdi ki, NATO-nun infrastrukturunun şərqə doğru hərəkətləri heç bir halda olmayacaq. Rusiya heç olmasa buna əmin olmalı idi. İctimai bəyanatlarda belə deyirdilər, bəs təcrübədə? Aldatdılar”, – “Valday” beynəlxalq klubun plenar iclasında dövlət başçısı qeyd edib.
“İndi onlar deyirlər ki, bu, kağız üzərində haradadır, göstərin?” – Putin NATO ölkələrinin rəhbərlərini nəzərdə tutaraq əlavə edib.
O, xatırladıb ki, Şimali Atlantika alyansının tərkibi təminatlara baxmayaraq dəfələrlə şərqə doğru genişlənib.
“İndi hansısa bir xadim var, amma o artıq sabah yoxdur, onun yerinə kimsə başqası gəlir. Bu, Rusiya üçün təhlükəsizlik zəmanəti deyil. Bu, sadəcə verilmiş mövzuya danışıqlardır. Və əlbəttə, bu bizi narahat edir”, – Rusiya lideri vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button