Dünya

Putin Krıma gedəcək

Rusiya prezidenti Vladimir Putin sabah Milli Birlik Günü münasibətilə Sevastopolda keçiriləcək tədbirlərdə iştirak edəcək. Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bəli, sabah prezident Milli Birlik Günü münasibətilə Sevastopolda olacaq. Ora soçidən uçacaq. Vətəndaş müharibəsinin başa çatmasına həsr olunmuş memorial kompleksi ziyarət edəcək, orada çıxış edəcək, gül dəstələri qoyacaq. Sabah onun, Sevastopolun rəhbəri Mixail Razvojayevlə də görüşü planlaşdırılıb”, – Peskov bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button