Siyasət

Putin bütün proqnozları alt-üst etdi: “Soros uşağı” Kremlin nəzarətinə keçir

Vladimir Putin çoxları üçün gözlənilmədən ən azı bu ilin 27 sentyabrına qədər özünü postsovet məkanında (Mixeil Saakaşvili və Petro Poroşenkodan sonra) rusofobik zərərvericisi kimi aparan “soros uşağı” Nikol Paşinyanı himayəsinə götürdü. Çoxları belə düşünür ki, qərbpərəst Paşinyanın 6 həftəlik müharibədəki biabırçı məğlubiyyətdən sonra Rusiya asanlıqla onun istefasına nail olacaq. Amma Putin bütün proqnozları alt-üst etdi. Yumşaq desək, Putin Paşinyanı bağışladı.

Savash.org xəbər verir ki, bu barədə geniş məqalə Bolqarıstan mediasında yer alıb. 

Məqalədə qeyd olunub ki, 2,5 illik hakimiyyəti dövründə (2018-ci ilin mayından) Paşinyan Rusiya ilə münasibətləri tamamilə korladı. Baxmayaraq ki, Saakaşvili və Poroşenko kimi münasibətləri tamamilə pozmadı. “Corc Sorosun ermənisi” olaraq rəhbərlik etdiyi məxməri inqilabın köməyi ilə Paşinyanın karyera yüksəlişi başladı. Və qısa zaman sonra dövlət başçısı oldu. Rəhbərlik etdiyi “Mənim addımım” partiyası isə parlamentdə əksər yerləri qazandı. Və bununla da tərəfdarlarına yaxşıca gün ağlamış oldu. Bir az sonra Paşinyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AEİ) “könüllü deyil, istər-istəməz” qoşuldu və  Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə bir növ “natiq-dinləyici” formatını yaratmış oldu.

Amma Paşinyan Moskvanın dostu olan, keçmiş prezident Robert Köçəryana qarşı etdiyi siyasi repressiyalarla Kreml ilə münasibətləri xeyli korladı. Nəticə etibarı ilə Köçəryanın erməni xalqı qarşısında xidmətləri Paşinyandan daha çox idi. Qeyd edək ki, o, 1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuşdu. Belə bir adamı Paşinyan bir-neçə dəfə barmaqlıqlar arxasına göndərmək istədi.  Ancaq erməni ədliyyə sistemi Köçəryanı üç dəfə həbsxanaya göndərməkdən imtina etdi.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi, Moskvanın adamı sayılan general Yuri Xaçaturovu geri çağıraraq onu xeyli incitdi. Ordunun keçmiş baş qərargah rəisinə qarşı uydurma ittihamlar irəli sürüldü və onun məhkəməsi də Köçəryan məhkəməsi kimi nəticəsiz başa çatdı. Paşinyanın bütün bu hərəkətləri həqiqi dövlət adamının iradəsi kimi deyil, daha çox fərdi intiqam təsiri bağışlayırdı.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu il Ermənistanın Müdafiə Nazirliyində Moskvada təhsil almış zabitlərin kütləvi şəkildə işdən çıxarılması baş verdi. Beləliklə, erməni hərbçilərinin Moskva ilə əlaqəsi kəsildi və iki ölkə arasındakı kəşfiyyat sahəsindəki bütün əlaqələr məhdudlaşdırıldı. Və bütün bunlar Ermənistan baş nazirinin istəyi ilə oldu. Bu azmış kimi üç kəşfiyyat lideri dəyişdirildi və onların yerinə heç bir hərbi səriştəsi olmayan adamlar təyin edildi. Bu isə tamamilə Qərbdən gələn siyasi təyinat idi. Beləcə Ermənistanda anti-Rusiya ritorikası böyüyürdü və milli təkəbbürlə keçirdi. Dağlıq Qarabağın bəzi “liderləri”ndən isə “ruslara qəti ehtiyacımız yoxdur, onlarsız Bakıya gedəcəyik” kimi bəyanatlar eşidilirdi.

Bəlkə də Rusiya ilə Ermənistan arasındakı əvvəlki hərbi ittifaq Paşinyana ikitərəfli münasibətləri tamamilə dağıtmağa imkan vermədi.

İndi isə hər şey dəyişib. Daha əvvəlki kimi  anti-Rusiya açıqlamalar verilmir və Rusiyanın iqtisadi maraqlarına zərər verən təkliflər dinlənilmir.Paşinyan artıq  Ermənistanın Aİİ-dən çıxmasından danışmır. Moskvada ona münasibət, yumşaq desək, Rusiya mediasında yazdıqları kimi birmənalı deyil. Siyasi səbatsızlığı, təkəbbürü, hamını döymək istəyi, ABŞ və NATO sevgis ilə Nikol Paşinyan kifayət qədər özünü gözdən salıb.

Paşinyanın səhvləri o yerə çatdı ki, nəinki Rusiya, hətta İran son 30 ildə ilk dəfə Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutdu. Baxmayaraq ki, Tehran Moskvadan sonra İrəvanın ikinci iqtisadi tərəfdaşı sayılır.

Beləcə, Paşinyan Ermənistanın Rusiya və İranla olan bütün körpülərini yandırdı. Amma indiki vəziyyətdə Moskva üçün, elə Tehran üçün də Pşinyandan sərfəli namizəd yoxdur. Ona görə də Paşinyanın yaxın vaxtlarda istefaya gedəcəyi inandırıcı görünmür. (Konkret.az)



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button