İdman

PSJ-nin 39 il komada qalan sabiq futbolçusu ölüb

PSJ-nin sabiq futbolçusu Jan-Pyerr Adams vəfat edib.
Apasport.az saytının məlumatına görə, 39 il komada qalan keçmiş oyunçu 73 yaşında dünyasını dəyişib.
Adams 1982-ci ildə Lion xəstəxanasında diz əməliyyatı zamanı anestezioloqun səhvi ucbatından komaya düşəndə 34 yaşı var idi. Əməliyyatdan əvvəl onun bir neçə saatdan sonra oyanacağı gözlənilirdi. Həmin gün Fransada həkim tətili olub, çoxları işə çıxmayıb. Anestezioloq eyni anda səkkiz əməliyyata nəzarət edib və təsadüfən dozanı qarışdırıb.
Anestezioloqun səhvini düzəltməyən və Jan-Pyerrin dərisinin rənginə görə futbolçunun vəziyyətinin pisləşdiyini görməyən başqa bir həkim vəziyyətin daha da ağırlaşmasına yol açıb.
Qeyd edək ki, Jan-Pyerr Adams 1948-ci ildə Seneqalın Dakar şəhərində anadan olub və 1972-1976-cı illərdə Fransa millisində 22 oyun keçirib. Karyerasının böyük hissəsini “Nitsa”da keçirən Adams PSJ-də 41 görüşdə meydana çıxıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button