Siyasət

Prezidentdən yeni təyinatlar – yenilənib

Hidayət Orucov Azərbaycanın Qırğızıstanda səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, H.Orucov həmin vəzifəyə 2012-ci ildə təyin edilmişdi.

Dövlət başçısının digər sərəncamı ilə həmin vəzifəyə Lətif Qəndilov təyin edilib.

***

Mahirə Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Mahirə Adnayeva bu təyinata qədər Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button