Gündəm

Prezident Tərtər və Bərdə rayonlarında səfərdə olub

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. 

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. 

Xəbərdə qeyd edilənlərə görə, Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. 

Dövlət başçısı  habelə, Tərtər rayonunun Talış kəndində  alban-udi və pravoslav kilsələrində olub. 

O, həmçinin “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib. 

Xəbərdə bildirildiyinə görə, Prezident eyni zamanda, İkinci Qarbağ müharibəsində Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. 

Dövlət başçısı daha sonra Bərdə rayonuna gəlib.  Məlumata görə, O, Bərdə Peşə Liseyinin açılışında iştirak edib. Səfərdən geniş reportaj oktyabrın 4-də təqdim olunmalıdır. 

Xatırlatma 

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona və bəzi yaşayış məntəqələrinə (Suqovaşan və Talış kəndləri daxil) nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button