Siyasət

Prezident Azərbaycanla Serbiya arasındakı sazişi təsdiqləyib

Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button