Dünya

Portuqaliya növbədənkənar parlament seçkiləri ərəfəsindədir

Portuqaliyada 2022-ci ilin büdcəsi ilə bağlı sol koalisiyasının parçalanması səbəbindən erkən parlament seçkilərinin elan olunacağı ehtimal olunur.
“Report” xəbər verir ki, Portuqaliyanın Avropa İttifaqının bərpa fondundan aldığı vəsaitin bölüşdürülməsini də özündə ehtiva edən büdcə layihəsi hakim Sosialist Partiyası tərəfindən təqdim edilib.
Sosialistlər parlamentdə 230 yerdən 108-nə sahibdirlər.Büdcənin qəbulu üçün sosialistlərə Kommunist Partiyası və Sol Blokdakı müttəfiqlərinin dəstəyi lazımdır. Lakin hər iki partiyanın nümayəndələri artıq qanun layihəsini dəstəkləməyəcəklərini bəyan ediblər.
Portuqaliya prezidenti Marselo Rebelo di Souza jurnalistlərə deyib ki, büdcə təsdiq olunmasa, o, dərhal Assambleyanın buraxılması təşəbbüsü ilə çıxış edəcək və növbədənkənar seçkilər təyin edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button