İdman

Popoviç Azərbaycana qayıtdı

“Sumqayıt”ın sabiq futbolçusu Andrey Popoviç yenidən “gənclik şəhəri” təmsilçisində oynayacaq. 

Qol.az xəbər verir ki, 30 yaşlı qolkiper yaxında “Sumqayıt”la rəsmi müqavilə imzalayacaq. O, artıq Bakıya gəlib.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da Qol.az-a açıqlamasında klubun bir müddətdir Popoviçlə danışıqlar apardığını təsdiqləyib. O, rəsmi müqavilə imzaladıqdan sonra transferlə bağlı açıqlama yayacaqlarını bildirib.

Qeyd edək ki, Popoviç 2014-2015-ci illlərdə “Sumqayıt”da oynayıb. Onun son klubu “Çerkassı” (Ukrayna) olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button