İqtisadiyyat

Polşa Rusiya ilə qaz müqaviləsini uzatmayacaq

Polşa “Qazprom” şirkəti ilə Rusiyadan qaz tədarükü ilə bağlı müqaviləni uzatmağı planlaşdırmır.
“APA-Economics”in “Prime”a istinadən verdiyi məlumata görə, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski “Siódma9.pl” radiostansiyasının efirində bildirib.
“Rusiyanın “Qazprom” şirkəti ilə müqaviləni uzatmayacağıq”, – deyə o bildirib.
Polşa rəsmisinin sözlərinə görə, ölkə “Baltic Pipe” qaz boru kəmərinə üstünlük verir və tədarükün 1 oktyabr 2022-ci il tarixindən etibarən başlayacağını gözləyir.
Xatırladaq ki, “Baltic Pipe” – Polşa ilə Danimarka arasında çəkilən qaz qaz boru kəməridir. Layihənin 2022-ci ildə tamamlanması nəzərdə tutulur, boru kəməri Danimarka vasitəsilə Norveçdən Polşaya təbii qaz nəql etməyə imkan verəcək.
Hazırda Polşa hər il Rusiyadan 10 mlrd. kubmetr qaz alır. “Qazprom”la müqavilə 2022-ci ildə başa çatır. Eyni zamanda, Polşanın PGNIG neft-qaz şirkətinin İdarə Heyətinin sədri Pavel Mayevski 2022-ci ildən sonra da Rusiya qazının tədarük olunacağını istisna etməmişdi.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button