İdman

Polina Rəhimova: “Gəlin, Ukraynaya birlikdə dəstək olaq”

Azərbaycan millisinin ukraynalı sabiq voleybolçusu Polina Rəhimova insanları ölkəsinə dəstək olmağa çağırıb.

32 yaşlı oyunçu bununla bağlı şəxsi feysbuk hesabında paylaşım edib.

Təcrübəli voleybolçu tamaşaçıları bu gün İstanbulda “Fənərbağça” və Ukraynanın “Şaxtyor” (Donetsk) komandası arasında baş tutacaq xeyriyyə matçı üçün bilet almağa səsləyib: “Oyundan əldə olunacaq bütün gəlirlər ukraynalı uşaqlarına yardım məqsədilə xərclənəcək. Mən də orada olacağam. Görüşmək istəyirsinizsə, stadiona gəlin və Ukraynaya birlikdə dəstək olaq”!

“Ülker” stadionundakı görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Polina Rəhimova 2007 – 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button