Cəmiyyət

“Pfizer” şirkəti dünya üzrə vaksin tədarükünün həcmini açıqlayıb

“Pfizer” şirkəti 2021-ci il dekabrın 28-dək koronavirusa qarşı 2,5 milyarddan çox vaksinin tədarükünü həyata keçirib.

Bu barədə “Report” “Pfizer”ə istinadən xəbər verir.

İndiyədək dünyanın 166 ölkə və ərazisinə vaksin tədarük edilib.

Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 300 milyon nəfəri ötüb. Onlardan 5 471 856 nəfəri ölüb.

Yoluxma sayına görə ilk 3 pilləni ABŞ, Hindistan və Braziliya tutur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button