Dünya

Peyvəndlərə qeyri-bərabər çıxış səbəbindən pandemiya uzanır – ÜST

Peyvəndlərə qeyri-bərabər çıxış və səhiyyə xidmətlərindəki uyğunsuzluq qlobal pandemiyanın uzanmasına gətirib çıxarır.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təhlükəsizlik məsələlərinə həsr olunmuş forumda videoformatda çıxışı zamanı deyib.

O xatırladıb ki, rəsmi statistikaya görə, dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb, ancaq real rəqəm bundan xeyli artıqdır.

Ümumdünya Səhiyyə Təşkilatının noyabrın 16-na olan məlumatına görə, pandemiya başlayandan dünyada 253 640 693 nəfər bu virusa yoluxub və 5 104 899 ölüm faktı qeydə alınıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button