Dünya

Peskov: “Rusiyada defolt üçün heç bir şərt yoxdur”

Rusiyada defolta gətirib çıxaracaq heç bir şərt mövcud deyil.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz maliyyə qurumlarının rəhbərlərinin, Maliyyə Nazirliyinin bütün xarici borcları rublla ödəmək üçün lazımi möhkəm ehtiyatlara malik olmağa hazır olduqları barədə bəyanatını eşitdik. Faktiki olaraq, süni şəkildə yaradılıb bizə aid edilmədikcə defolt üçün heç bir şərt yoxdur”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov ölkənin bütün xarici borclarını rublla ödəmək üçün ehtiyatlara malik olduğunu bildirib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə defolt ola biləcəyini istisna etməyib. Onun sözlərinə görə, misli görünməmiş sanksiyalar Rusiyanı tənəzzülə sürükləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button