Dünya

Pentaqon: “İŞİD və “əl-Qaidə” terror aktı törədə bilər”

Pentaqon “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra İŞİD və “əl-Qaidə” kimi terror təşkilatlarının terror aktı törədə biləcəyi barədə xəbərdarlıq edib.
“Report” “Sözcü”yə istinadən xəbər verir ki, Pentaqon nümayəndələri hücumların Əfqanıstandan kənarda bir yerdə gözlənildiyini deyiblər.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin bu günlərdə “əl-Qaidə” terror təşkilatının Əfqanıstanda yenidən formalaşmasının mümkün olduğunu bildirib. “İŞİD və “əl-Qaidə” kimi terror təşkilatlarının hakimiyyətdəki boşluqlardan yararlanması təbiidir. Belə bir şey olsa, ABŞ müdaxilə edəcək”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button