İdman

Pele səhhəti barədə açıqlama verib

Əfsanəvi braziliyalı futbolçu Pele əməliyyatdan sonra ilk dəfə səhhəti barədə danışıb.

Apasport.az saytının məlumatına görə, 80 yaşlı futbol “kralı” vəziyyətinin yaxşılığa doğru getdiyini bildirib.

O, instaqram səhifəsindəki paylaşımı zamanı oğlunu xərçəng xəstəliyindən itirən braziliyalı müğənni Roberto Karlosa da başsağlığı verib: “Mən yaxşıyam, artıq sağalıram. Ancaq indi bütün sevgimi və dualarımı dostum Roberto Karlosa çatdırmaq istəyirəm. Tanrıdan ürəyinizə təsəlli verməsini diləyirəm”.

Qeyd edək ki, Pele sentyabrın 6-da yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button