Dünya

Pekindən havaya qalxan təyyarədə yanğın baş verib

Pekin Beynəlxalq Hava Limanından qalxaraq Parisə uçuş həyata keçirən “Air France”a məxsus sərnişin təyyarəsi texniki nasazlıq üzündən hava limanına qayıtmaq məcburiyyətində qalıb.
“Report” xəbər verir ki, şirkətin açıqlamasına görə, “Boeing 777” tipli təyyarə havaya qalxandan 14 dəqiqə sonra geri qaytarılaraq saat 04.03-də yerə enib.
“Beijing Ribao” xəbər verir ki, Pekindən Parisə uçuş həyata keçirən təyyarə yanğın səbəbi ilə hava limanına qaytarılıb və hadisə nəticəsində zərərçəkən olmayıb.
Şahidlərin sözlərinə görə, havaya qalxanda taqqıltı səsi, sonra da yanıq iyi gəlib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button