İdman

Pekin-2022: İdmançı operatorun üstünə yıxılıb

Finlandiyalı fristaylçı Yon Sallinen Pekin-2022 Qış Olimpiya Oyunlarında operatorla toqquşub.

İdmançı tullanma hərəkətini yerinə yetirərkən həmin şəxsin üzərinə düşüb.

Toqquşmadan sonra operatorun kamerası yerə düşüb, idmançı isə arxası üstə yıxılıb.

Hər iki şəxs ciddi xəsarət almayıb. İnsidentə baxmayaraq, fristaylçı yürüşünü başa vura bilib.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button