İdman

Pekin-2022: Fransalı cütlük ikinci dəfə dünya rekordu qırıb

Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb.

Fransalı fiqurlu konkisürənlərdən ibarət Qabriela Papadakis – Giyom Sizeron dueti buz üzərində rəqsdə 226,98 xala layiq görülərək qızıl medal əldə ediblər.

Əvvəlki dünya rekordu da bu cütlüyə məxsus olub. Konkisürənlər 2019-cu il Yaponiya Qran-prisində 226,61 xal qazanmışdı.

Qeyd edək ki, daha əvvəl Papadakis – Sizeron dueti ritm rəqsində də 90,83 xalla dünya rekordu müəyyənləşdirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button