İdman

Pekin-2022: Azərbaycan təmsilçisinin yekun mövqeyi bəlli olub

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsevin final mərhələsindəki yekun mövqeyi bəlli olub.

21 yaşlı idmançı yarışı 239,19 xalla 18-ci pillədə başa vurub.

Litvintsev sərbəst proqramda 155,04 xal, qısa proqramda isə 84,15 xala layiq görülüb.

Olimpiya çempionluğunu 332,60 xalla ABŞ-ı təmsil edən Netan Çen qazanıb. Yaponiyalı Yuma Kaqiyama (310,05) ikinci, onun həmyerlisi Uno Şoma (293,00) üçüncü olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button