İdman

Pekin-2022: Azərbaycan təmsilçisinin qatıldığı yarışda dünya rekordu qırılıb

ABŞ-ı təmsil edən fiqurlu konkisürən Netan Çen Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekorduna imza atıb.

23 yaşlı idmançı buna qısa proqramda nail olub.

Bu mübarizəni birinci pillədə başa vuran Çen 113,97 xal toplayıb. Konkisürən 2020-ci ildə Cənubi Koreyadakı 4 Qitə çempionatında 111,82 xal qazanmış yaponiyalı Yudzuru Hanyunun rekordunu geridə qoyub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Vladimir Litvintsev qısa proqramda 30 idmançı arasında 84,15 xalla 18-ci olub və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button