İdman

Pekin-2022: Azərbaycan təmsilçisi qısa proqramda 18-ci olub

Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsi başa çatıb.

Azərbaycan təmsilçisi Vladimir Litvintsev 30 idmançı arasında 84,15 xalla 18-ci olub.

21 yaşlı idmançı “24-lüy”ə düşməyi bacardığı üçün fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

ABŞ təmsilçisi Vinsent Ju qeyri-müəyyən səbəbdən yarışda iştirak etməyib. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button