İdman

Pekin-2022: Açılış mərasimindən əvvəl 21 nəfər koronavirusa yoluxub

Çinin paytaxtı Pekindəki XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

Açılış mərasimindən əvvəl daha 21 nəfərin testi pozitiv çıxıb.

Onlardan 9-u idmançılar və komanda nümayəndələridir. Ötən gün olimpiada ilə bağlı Pekinə 1344 nəfər səfər edib.

Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlar fevralın 20-də başa çatacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button