Mədəniyyət

Paytaxt sakinlərinin iştirakı ilə Qarabağ xalçası hazırlanır

Bakı. Çingiz Səfərli – Trend:
Paytaxt sakinlərinin iştirakı ilə Qarabağ xalçası hazırlanır.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirlik Vətən müharibəsində hər bir vətəndaşımızın zəhmətinin, birlik və bərabərliyinin rəmzi olaraq hazırlanan Qarabağ xalçasına ilmə vurmaq istəyən Bakı sakinlərinə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub ki, bu gün saat 15:00-dən axşam saat 20:00-dək müasir Bakının simvollarından biri Heydər Əliyev mərkəzinin qarşısında, “I love Baku” yazısı olan ərazidə dayanacaq xalça olan avtomobilə yaxınlaşaraq istəyinizi reallaşdıra, Qarabağ xalçasına ilmə vurarkən çəkdirdiyiniz fotonu #Qarabağİlmələrdə həştəqi ilə paylaşa da bilərsiniz.

Twitter: @cingizsafarli

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button