İdman

Paulo Dibala “Yuventus”la yeni müqavilə imzalamağa razılaşıb

“Yuventus” hücumçusu Paulo Dibala ilə danışıqları yekunlaşdırıb.Apasport.az saytının məlumatına görə, tərəflər, nəhayət ki, yeni müqavilədə ortaq məxrəcə gəliblər.Uzun sürən danışıqların yekununda əməkdaşlığın uzadılması barədə anlaşma əldə edilib. İtaliya mətbuatı argentinalı ön xətt oyunçusunun bu gün və ya sabah 2025-ci ilin yayına qədər nəzərdə tutulan yeni sazişə qol çəkəcəyini iddia edib.Qeyd edək ki, hazırkı müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı forvard bu mövsüm 5 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button