Siyasət

Paşinyanın sözçüsü üçtərəfli görüşün gündəliyindən danışdı

“Sabahkı Moskva görüşündə ticarət yolu məsələsi müzakirə olunacaq”.

Savash.org erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan deyib. Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanat müzakirə olunacaq  və qərarlar qəbul ediləcək:

“Əsirlərlə bağlı da görüş olacaq, həmçinin Sünik (Zəngəzur-red.) üzərindən ticarət və nəqliyyat yolu barəsində də görüş olacaq. Daha sonra Paşinyan və Əliyevin təkbətək görüşü də ola bilər”.

Məlumatda daha sonra deyilir ki, İrəvan, Bakı və Moskva nümayəndələri arasında keçiriləcək üçtərəfli görüşün gündəliyində əsas məsələ iqtisadi əməkdaşlıq sahəsini əhatə edəcək.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button